Paşinyan- Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin bərpasına hazırdır
Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Twitter” səhifəsində yazıb.
www.anews.az
"Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya bu təklifləri dəstəkləyəcək”, - baş nazir yazıb.
Rusiya prezidenti Vlodimir Putin cümə axşamı Valday klubunun iclasında deyib ki, Rusiya Ermənistana təklif etdi ki, Azərbaycanla anlaşıb 5 rayonu ona qaytarsın, Qarabağla əlaqə üçün iki böyük rayonu (Kəlbəycar və Laçın - red.) saxlasın, lakin İrəvan bununla razılaşmayıb.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin oktyabrın 31-də Soçidə üçtərəfli görüşü olacaq.
Oktyabrın 7-də Praqda Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.Bəyanata görə Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox