Azərbaycanda yalnız VTB Rusiya ödəniş sistemindən istifadə edir

VTB Azərbaycan bankından başqa Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından heç biri Rusiya Bankının Maliyyə Əməliyyatlarının Ötürülməsi Sistemindən istifadə etmir. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
"Hazırda Rusiyanın maliyyə əməliyyatlarının ötürülməsi sisteminə yalnız VTB bank qoşulubş Dİgər banklardan biri də bu sistemə qoşulub amma ondan hələlik istifadə etməyib. Çünki buna lüzum yoxdur. Bütövlükdə Mərkəzi Bank mütəmadi maliyyə monitorinq işləri görür və Azərbaycanın maliyyə sisteminin sanksiyalarla üzləşməsinə səbəb ola biləcək hər hansı əməliyyat aşkarlanmayıb", - Taleh Kazımov cümə günü keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində Rusiyanın "Mir" kartlarından da istifadə edilmir.
"Mir" kartlarından Azərbaycan ərazisində istifadə olunmur. Ukrayna-Rusiya arasında olan problemə qədər də heç istifadə olunmurdu. Həm Mərkəzi bank , həm də ommersiya bankları bu baxımdan öz reputasiyalarını qorumağa çaışır və məsələyə həssas yanaşırlar", - Kazımov deyib.
2022-ci ilin fevralından Rusiya Ukraynaya qarşı müharibə elan etdikdən sonra Qərb Rusiya banklarını beynəlxalq ödəniş sistemindən çıxarmaq barədə qərar verib və Rusiyanın özünün yaratdığı sistemə qoşulan maliyyə subyektlərini də eyni aqibətin gözlədiyini elan edib.
N.Təbrizli
www.anews.az