• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Mərkəzi Bank sərtləşdirməyə keçdiyini elan edib

Mərkəzi Bank sərtləşdirməyə keçdiyini elan edib
28.10.2022 13:45
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmaqla pul siyasətinin sərtləşdirilməsi kursu götürüb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"Əsas məqsədimiz inflyasiyaya təsir edə bilməkdir", - Kazımov cümə günü uçot dərəcəsinin artırılması ilə bağlı mətbuat konfransında bildirib.

O  qeyd edib ki, pul siyasətindəki dəyişikliklər 2022-ci il sentyabrın 1-dən bazara təsir etməyə başlayıb. 
 
"Biz bunun  təsirini əsasən faiz dəhlizinin aşağı həddini sabit 4%-ə saldıqdan sonra müşahidə edirik”, - Kazımov vurğulayıb.

Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov öz növbəsində qeyd edib ki, uçot dərəcəsinin oktyabrın 28-dən 7,75%-dən 8%-ə qaldırılması qlobal iqtisadi proseslər, inflyasiya, həmçinin gözləntilər nəzərə alınmaqla qəbul edilib və bu, siyasətin sərtləşdirilməsi kimi səciyyələndirilə bilər.

Əhmədov qeyd edib ki, sərtləşdirmə 2 parametrə əssasən  həyata keçirilir. Bunlardan biri xərclər, digəri isə pul məbləğidir.
 
Azərbaycan Mərkəzi Bankı cümə günü uçot dərəcəsini 7,75%-dən  8%-ə qədər artırıb. Faiz dəhlizinin aşağı həddi 4 faizdən 5 faizə qaldırılıb, yuxarı həddi 9,25 faiz səviyyəsində saxlanılıb.

2022-ci ilin sonuna Azərbaycan hökuməti orta illik inflyasiyanı 12,5% (2022-ci ilin 9 ayının nəticələrinə görə 13,4%) gözləyir.

2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol