Azərbaycan sənaye zonaları müəssisələri istehsalı artırıb - Cabbarov

2022-ci il yanvar-sentyabrında Azərbaycanın sənaye zonalarında istehsal olunmuş satılmış məhsulların həcmi 2,1 milyard manatı ötüb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook hesabında bildirib.
2021-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 41,5% artıb.
Nazir onu da qeyd edib ki, hesabat dövründə ixraca 846,1 milyon manatlıq (+55,3%) məhsul göndərilib.
Ümumilikdə, 9 ayda Azərbaycanda sənaye zonaları müəssisələrinin qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 16,6 faiz, onların ixracında isə 33,3 faiz təşkil edib.
"İndiyədək sənaye zonalarında 8 milyard manatlıq məhsul istehsal edilib, 2,6 milyard manatlıq ixrac edilib”, - Cabbarov vurğulayıb.
N.Təbrizli
www.anews.az