• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Bank əməkdaşlarının iştirakı ilə “Yelo Stars” tədbiri keçirildi

Bank əməkdaşlarının iştirakı ilə “Yelo Stars” tədbiri keçirildi
28.10.2022 16:54
Yelo Bank əməkdaşları üçün maraqlı layihəyə imza atıb. Yelo Stars adlı layihədə Bankın əməkdaşları və onların övladlarının iştirakı ilə klassik musiqili konsert təşkil olunub. Tədbir Bank-ın Baş ofisinin tədbir zalında keçirilib. Konsertdə həmçinin, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, onun qadınlardan ibarət ilk kamera orkestri "Mezzo" və digər musiqili qonaqlar da iştirak ediblər. Tədbirə "Mezzo" orkestrinin çıxışı ilə start verildi. Daha sonra konsert Yelo Bank təmsilçilərinin və Fidan Hacıyevanın musiqi məktəbinin tələbələrinin çıxışı ilə davam etdi. Onların ifasında dahi bəstəkarların və klassik Azərbaycan musiqisinin şah əsərləri səsləndirildi. Fidan Hacıyeva və digər solistlərin "Azərbaycanım” mahnısı ilə yekunlaşan tədbirdə bütün iştirakçılar Bank tərəfindən fəxri "Yelo Stars" sertifikatı ilə təmin olundular. 


"Yelo Stars" müsabiqəsinin ifaçıları müxtəlif departamentin əməkdaşları olub, fərqli peşələrdə fəaliyyət göstərirlər. Layihənin iştirakçıları arasında ən kiçiyi 7 yaşında olmaqla, Yelo əməkdaşlarının övladları da yer alırdı. Onların böyük əksəriyyəti peşəkar musiqi ilə məşğul olmasa da, istedadları ilə səhnədə ulduztək çıxış etdilər. Yelo Bank-ın bu tədbiri həyata keçirməkdə əsas məqsədi əməkdaşlarının musiqi fəaliyyətinə dəstək olmaq və onlara böyük auditoriyalı səhnədə ifa təcrübəsini yaşatmaq idi.


Yelo Bank bundan öncə 8 Mart - Qadınlar gününə həsr olunmuş konsertin təşkili ilə yadda qalıb. Baş ofisdə həyata keçirilmiş konsertdə Fidan Hacıyeva və onun "Mezzo" orkestri klassik seçmələrdən ibarət proqramla çıxış etmişdilər. Bu cür tədbirlərin keçirilməsi klassik musiqinin təbliğinə dəstək verir. Yelo Bank gələcəkdə öz tədbir zalında daha bir maraqlı layihə ilə gənc və həvəskar musiqiçilərə dəstək verməyi planlaşdırır.


Bank xidmətləri, həmçinin ipoteka haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol