Seulda Hellouin şənliyində ölənlərin sayı 151-ə çatdı - Yenilənib
Cənubi Koreyanın paytaxtı Seulun İtavon rayonunda keçirilən Hellouin tədbiri zamanı izdiham yaşanıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı bir çox insanın infarkt keçirdiyi bildirilib.
"Yonhap” xəbər agentliyinin paylaşdığı məlumata görə, azı 59 nəfər ölüb, 150 nəfər yaralanıb.
Cənubi Koreya Prezidenti Yun Sok Yol yaralılara ilkin tibbi yardımın göstərilməsi və ərazinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili göstəriş verib.
Qeyd edək ki, hakimiyyət orqanları hələlik insan tələfatı ilə bağlı rəsmi açıqlama verməyib.
***
Seulda Hellouin şənliyindəki izdihamda ölənlərin sayı 120-yə yüksəlib.
"Yonhap” agentliyinin məlumatına görə, İtavonda baş vermiş hadisə yerində hazırda axtarış işləri aparılır. Xəstəxanalarda təxminən 100 nəfərin olduğu qeyd edilib.
***
Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.
***
Seulda bayramı şənliyi zamanı yaranan izdihamda həyatını itirənlərin sayı 151-ə yüksəlib. Səlahiyyətlilər 150 nəfərin yaralandığını, 355 nəfərin isə itkin düşdüyünü bildirib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox