Rusiyanın taxıl sazişindən çıxmasına ABŞ-dan reaksiya
ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın taxıl sazişindən çıxmasından təəssüfləndiyini bildirib və Moskvanı bu təşəbbüsün fəaliyyətini davam etdirməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, o, bununla bağlı yazılı bəyanat yayıb.
"ABŞ Rusiyanın BMT-nin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü əməliyyatlarında iştirakını dayandırmasından təəssüflənir. Biz bütün tərəfləri bu həyati əhəmiyyət kəsb edən, həyatı xilas edən Təşəbbüsün fəaliyyətini davam etdirməyə çağırırıq. Təşəbbüs nəticəsində artıq 9 milyon tondan çox taxıl daşınıb. Bu isə az və orta gəlirli ölkələr üçün qiymətləri kritik dərəcədə aşağı salıb. Təşəbbüs uğurlu oldu və davam etməlidir”, - deyə Blinken bildirib.
ABŞ dövlət katibi, Rusiyanın bu kritik taxıl sazişini pozmağa yönəlmiş hərəkətinin bütün dünyada insanların daha çox xərcləməsinə, bunun isə kütləvi aclığa səbəb olacağına diqqət çəkib.
www.anews.az
Son xəbərlər
Daha çox