Silah satışı və hərbi xərcləri çox olan ölkələr - SİYAHI

Məltəm Şahbazova
Dünyanı silahla təmin
edənlər əsasən Amerika şirkətləridir. Bu barədə dünya hərbi texnologiyaları haqqında məlumat
verən nüfuzlu ABŞ jurnalı "Defence News” un araşdırmasında məlumat yer alıb.
"Defence News” un araşdırmasına görə, 2019-cu ildə
silah istehsalında 10 şirkət ilk siyahıda yer alıb. Bu siyahının başında
Amerika şirkətləri gəlir. İlk sırada yer alan ABŞ-ın "Lockheed Martin” adlı
şirkəirkətin hərbi gəliri 56 milyon 606 min ABŞ dollar olub. İkinci
sırada "Boeing” şirkəti (34,300.00 dollar), üçüncü sırada "General Dynamics”
(29,512.00 dollar) yer alıb. Yalnız 6, 7
və 8-ci yerlərdə digər ölkələrin şirkətləri yer alıb ( Çin və İngiltərə). 10-cu
sıraya qədər digər yerlər də Amerika şirkətlərinə məxsusdur.
ABŞ-ın silah şirkətləri 2019-cu ildəki 559 milyard
dollarlıq silah satışı həyata keçirərək ixracatda birinci yeri tutub. İkinci
yerdə yerdə 358 milyard dollarlıq satış ilə Çin gəlir. 2019 -cu ildə ümumi
silah satışının 41,27%-ni amerikalı şirkətlər həyata keçirib. Satışın 27 faizini isə 8 Çin şirkəti təşkil edib. Qalan 25,26%-i isə digər 22 ölkənin
hərbi şirkətlərinin payına düşüb.
Münaqişə, silahlanma, silahlara nəzarətlə bağlı
müstəqil beynəlxalq SIPRI institutunun məlumatına görə, dünyanın ən böyük silah
istehsal edən və hərbi xidmət göstərən şirkətlərinin birgə silah satışı 2020-ci
ildə 531 milyard dollar təşkil edib. Bu isə onların
silah satışında 1,3 faiz artım deməkdir. 2015-ci ildən bəri tendensiya təxminən
artan qlobal hərbi xərcləri ilə əlaqələndirilir.

2020-ci ilin
hesabatında da ilk sırada Amerika şirkəti yer alıb. Belə ki, "Boeing” şirkəti”
32 min 130 dollarlıq silah satışı edib. İkinci yerdə 4510 min dollarlıq satışla
Fransanın "Safran” şirkəti gəlir. Bu
siyahıda İsrail, İtalya və Almaniya şirkətləri də yer alıb.

2021-ci ildə dünya
hərbi xərcləri iki trilyon ABŞ dollarını ötüb.
Hərbi xərclər 2020-ci ilə nisbətən 0,7 faiz və 2012-ci ilə nisbətən 12
faiz artıb.
COVİD-19 pandemiyasının iqtisadi təsirləri hələ də bitməsə də, 2015-ci ildən bəri dünya hərbi xərclərinin davamlı artım tendensiyası müşahidə olunur.
2021-ci ildə bütün dünyada güclü iqtisadi canlanma nəticəsində dünya hərbi xərclərin dünya ümumi daxili məhsulunda (ÜDM) payı artıb. 2020-ci ilə qlobal hərbi yük - 2,3 faizdən 2,2 faizə çatıb. Dövlət xərclərinin payı kimi orta hərbi xərclər 2021-ci il 2020-ci ildə olduğu kimi 5,9 faizdə qalıb.
2021-ci ildə bu sahədə lider olan ilk 15 ölkənin hərbi xərcləri 1717 milyard dollara çatıb (qlobal hərbi xərclərin 81 faizini təşkil edib) .

ABŞ 2021-ci ildə
dünya hərbi xərclərinin 38 faizini təşkil etməklə ilk sırada yer alıb, Çin isə
14 faizlə hərbi sahəyə çox pul xərcləyən ikinci ölkə olub. Bununla belə, sıralamada 2020 və 2021-ci illər
arasında bəzi nəzərəçarpan dəyişikliklər olub.
Böyük Britaniya və Fransanın hər biri iki pillə irəliləyərək, 2021-ci
ildə müvafiq olaraq dördüncü və altıncı ən çox xərcləyən ölkələr olub. İran hərbi
xərclərini 11 faiz artıraraq siyahıda 14-cü yerə yüksəlib.
Xatırladaq ki, son 20 ildə İran ilk dəfədir hərbi xərcləri ən çox olan 15 ölkə sırasına daxil ola bilib.
Amerika 2001-ci ilə 2021-ci il arasında Əfqanıstanı gücləndirmək üçün 85 milyard dollar investisiya ayırıb.

Çin silahlara pul
xərcləyəm dünyanın ikinci ən böyük dövləti olub. Bu ölkə 2021-ci ildə ordusuna
293 milyard dollar ayırıb. Bu da ötən ilə nisbətən 4,7 faiz artım deməkdir.
Ümumilikdə 2012 və 2020-ci illər arasında 72 faiz artım müşahidə edilir.
Amerika 42 faiz, Asiya və Okeaniya 28 faiz və Avropa 20 faiz ilə dünya ordusunun təxminən 90 faizini təşkil edir.
Amerika 42 faiz, Asiya və Okeaniya 28 faiz və Avropa 20 faiz ilə dünya ordusunun təxminən 90 faizini təşkil edir.

Yaxın Şərq isə bu siyahıda 8,8 faizə sahibdir. Ən kiçik pay isə 1,9 faizlə Afrikanın payına düşür.
Afrikada hərbi xərclər 2021-ci ildə 1,2 faiz artaraq 39,7 milyard dollar təşkil edib.
Amerika qitəsində hərbi xərclər 2021-ci ildə 883 milyard dollar azalıb. Belə ki, bu azalma 2020-ci ildən 1,2 faiz və 2012-ci ildən 4,2 faiz olub. Şimali Amerika ölkələri (yəni ABŞ və Kanada) ümumi regional ölkələrin 94 faizini təşkil edib.
2021-ci ildə Asiya və Okeaniyada hərbi xərclər 586 milyard dollar təşkil edib. Bölgədəki xərclər 2020-ci ilə nisbətən 3,5 faiz çox olub, ən azı 1989-cu ildən bəri davam edən fasiləsiz artım tendensiyası davam edib.
Bu, ilk növbədə Çin və Hindistanın hərbi xərclərinin artması ilə bağlıdır.
2021-ci ildə Avropada ümumi hərbi xərclər 418 milyard dollar təşkil edib. 2020-ci illə müqayisədə 3,0 faiz, 2012-ci ildəkindən isə 19 faiz çoxdur.
Yaxın Şərqdə isə hərbi xərclər təxminən 186 milyard dollar idi. Bu göstərici 2021-2020-ci ildən 3,3 faiz azalıb, lakin 2012-ci ildən 5,6 faiz artıb.
Bəs bu beynəlxalq silah ticarəti necə başladı?
İkinci Dünya Müharibəsindən sonra ABŞ yeni bir dəstək proqramı yaratdı və əlində qalan artıq silahları inkişaf etməkdə olan ölkələrə paylayıb onları gücləndirdi.
1950-1967-ci illər arasında ABŞ-dan ixrac edilən silahların 75 faizini bu ianə silahları təşkil edib. Beləliklə, inkişaf etməkdə olan ölkələr öz varlıqlarını bu silahlara sahib olmaqla təsdiq etdi və bir anda silah aludəçisinə çevrildilər. Sonralar dünyada yaradılan silahlanma vərdişi köhnə silahlarını satıb yeni silah istehsal etməyə başlayan ABŞ üçün yüksək gəlir imkanı yaratdı. Bununla da dünyada silah ticarətinin əsası qoyuldu. İkinci Dünya Müharibəsindən sonra ABŞ və Sovet İttifaqı dünyada qüvvələr balansının bölüşdürülməsində həlledici rol oynadı. Beynəlxalq silah ticarəti ölkələrin siyasi münasibətlərinə uyğun olaraq dəyişdi.
Beynəlxalq münasibətlərdə silah ticarətinin rolu üç amilə əsaslanır. Birinci, daha mürəkkəb müdafiə sistemlərinin istehsalı və inkişafı. Bu amildə xərclər artır və bazar yalnız bir neçə ölkə ilə məhdudlaşır. Məsələn, 1950-1972-ci illər arasında Üçüncü Dünya ölkələrinə verilən böyük silahların 86%-i yalnız Amerika, Sovet İttifaqı, İngiltərə və Fransa tərəfindən təmin edilib. İkincisi, silah ixracatı əsasən hökumətlər tərəfindən müəyyən edilir və bütün müdafiə xərcləri ilə bağlı məsuliyyət daşıyan müvafiq orqanlar hökumətlərdir. Üçüncüsü, iki böyük güc Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı silahları adətən ianə edir və ya çox kiçik məbləğlərlə satır.
Oxşar xəbərlər
Oxşar xəbərlər