Bal yarmarkasında satış azalıb

Bakıda keçirilən bal yarmarkasında 90 tona yaxın arı məhsulları satılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verib.
Bal yarmarkası oktyabrın 1-dən 22-dək Bakıda keçirilib. Hər bir arıçının satışa maksimum məhsul – 400 kq bal və 30 ədəd arı mumu çıxarmaq hüququ var idi.
Ümumilikdə ötən yarmarkada satışa 120 ton məhsul çıxarılıb ki, bunun da 90 tonu satılıb. Bu il yarmarkada 250 arıçı iştirak edib.
Bu il bal yarmarkasında Şərqi Zəngəzur iqtisadi zonasından olan arıçılar da iştirak edib. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzur arıçıları satışa 5 ton arıçılıq məhsulları çıxarıblar.
2021-ci ildə bal yarmarkasında 37 rayondan 321 arıçı iştirak etmişdir. Ötən il 102,6 ton bal, 7,1 ton propolis satılıb.
N.Təbrizli
www.anews.az