• $
  • £

ABB-nin dəstəyi ilə “Rəqəmsal Jurnalistikaya doğru” təlimləri başa çatdı

ABB-nin dəstəyi ilə “Rəqəmsal Jurnalistikaya doğru” təlimləri başa çatdı
01.11.2022 11:06
ABB-nin sponsorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən 4-cü "Rəqəmsal Jurnalistikaya doğru” proqramının ilk mərhələsi başa çatıb.

Proqrama İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən media nümayəndələrindən ibarət 28 nəfər qoşulub. Onlar üçün təlimlər təşkil olunub. Təlimlərdə jurnalistika və İKT sahəsində son trendlər, elektron dövlət layihələri və rəqəmsal həllər, informasiya təhlükəsizliyi, süni intellekt, bloggerlik fəaliyyəti, sosial media, startaplar və digər mövzular yer alıb. ABB təmsilçisi də iştirakçılara maliyyə texnologiyaları mövzusunda təlim keçib.

Proqramın ikinci mərhələsində isə iştirakçılar arasında yazı müsabiqəsi keçiriləcək. Onlar seçilmiş mövzular əsasında araşdırma və maarifləndirici xarakterli məqalələr hazırlayacaqlar. Müsabiqə iştirakçılarının yazılarını Münsiflər Heyəti qiymətləndirəcək və ilk üç yerin qalibinə mükafatlar veriləcək.

"Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin rəqəmsal həllər, elektron xidmətlər və rəqəmsal sahədə digər mövzular haqqında bilgilərini artırmaq, onların dəstəyi ilə cəmiyyətin, vətəndaşların maariflənməsinə töhfə verməkdir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol