Soçi bəyanatı nəyi dəyişəcək?- ŞƏRH
2022-ci il oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Bəyanatın tam mətni:
Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 31-də Soçi şəhərində görüşdük və 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə etdik.
Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq.
Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq.
Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldik.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyini vurğuladıq.
"Soçidə yazılan sənədin mətni prinsip etibarı ilə Azərbaycanın maraqlarının ziddinə deyil. İstər Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına münasibətdə, istər Zəngəzur dəhlizinin açılması məsələsində, istərsə də Qarabağa dair yanaşmada provakatik bir bənd bəyanatda əks olunmayıb. Lakin bu, görüşün nəzəri nəticələrinin görünən tərəfləridir, əməli müstəvidə hadisələrin necə olacağı maraq doğurur. Mahiyyətcə, Azərbaycanın həm Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, həm də, sərhəddə hərbi vasitələrlə İrəvanı tamamilə ram etməsi üçün yeni şərtlər yaranır. Soçidə İlham Əliyev güc tətbiqini Nikol Paşinyanın diqqətinə çatdıra bilər, mümkündür ki, Vladimir Putin də Əliyevin bir çox tezisini bölüşüb. Çünki sərhədlərə yanaşmada Moskvanın sərgilədiyi mövqe Azərbaycanın əleyhinə bir duruşa keçməyib, səbəbinə gəlincə, Rusiya tarixi iddiaları əsasında formalaşdırmaq istədiyi "NeoSSRİ” çətirində Ermənistanı da görmək niyyətindədir.
"Rusiya Qarabağ kartı ilə iki mümkün ssenarini önə sürə bilər. Birincisi, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı xidmət müddətinin uzadılmasına nail olmaqdır, lakin bu versiya şəxsən mənə o qədər də perspektiv baxımından inandırıcı gəlmir. İkincisi isə, Rusiyanın Qarabağda ermənilər vasitəsilə rus icması yaratmaq cəhdləridir, düşünürəm ki, bu amil indi Kremlin müzakirə dəhlizlərində aktuallıq kəsb edir. Son zamanlar Rusiyanın Xankəndidəki aktivliyi də rus icmasının formalaşdırılmasına cəhdlərin nümunəsi sayıla bilər, icma isə Moskvanın uzunmüddətli planı üçün ona münbit resurs qismindədir.
Siyasi şərhçi Putinin bəzi məsələlərdə razılıq əldə edilməməsinin səbəbini də açıqlayıb.
www.anews.az

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını alqışladılar.
Siyasi şərhçi Aqşin Kərimov söyləyir ki, Soçidə qəbul edilən bəyanat Rusiyanın Cənubi Qafqazdakı hökmranlıq taxtından düşmək istəməməsi ilə bağlı Qərbə verdiyi mesajdır.
"Soçidə yazılan sənədin mətni prinsip etibarı ilə Azərbaycanın maraqlarının ziddinə deyil. İstər Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına münasibətdə, istər Zəngəzur dəhlizinin açılması məsələsində, istərsə də Qarabağa dair yanaşmada provakatik bir bənd bəyanatda əks olunmayıb. Lakin bu, görüşün nəzəri nəticələrinin görünən tərəfləridir, əməli müstəvidə hadisələrin necə olacağı maraq doğurur. Mahiyyətcə, Azərbaycanın həm Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, həm də, sərhəddə hərbi vasitələrlə İrəvanı tamamilə ram etməsi üçün yeni şərtlər yaranır. Soçidə İlham Əliyev güc tətbiqini Nikol Paşinyanın diqqətinə çatdıra bilər, mümkündür ki, Vladimir Putin də Əliyevin bir çox tezisini bölüşüb. Çünki sərhədlərə yanaşmada Moskvanın sərgilədiyi mövqe Azərbaycanın əleyhinə bir duruşa keçməyib, səbəbinə gəlincə, Rusiya tarixi iddiaları əsasında formalaşdırmaq istədiyi "NeoSSRİ” çətirində Ermənistanı da görmək niyyətindədir.
Rusiyanın Qarabağ məsələsindəki mövqeyinə gəlincə, bu, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, lakin Moskvanın həmin amili əlində kart kimi saxlamaq cəhdi gələcəkdə Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid edə bilər.
"Rusiya Qarabağ kartı ilə iki mümkün ssenarini önə sürə bilər. Birincisi, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı xidmət müddətinin uzadılmasına nail olmaqdır, lakin bu versiya şəxsən mənə o qədər də perspektiv baxımından inandırıcı gəlmir. İkincisi isə, Rusiyanın Qarabağda ermənilər vasitəsilə rus icması yaratmaq cəhdləridir, düşünürəm ki, bu amil indi Kremlin müzakirə dəhlizlərində aktuallıq kəsb edir. Son zamanlar Rusiyanın Xankəndidəki aktivliyi də rus icmasının formalaşdırılmasına cəhdlərin nümunəsi sayıla bilər, icma isə Moskvanın uzunmüddətli planı üçün ona münbit resurs qismindədir.
Siyasi şərhçi Putinin bəzi məsələlərdə razılıq əldə edilməməsinin səbəbini də açıqlayıb.
"Razılaşdırılmayan məqamlar” deyilərkən daha çox Bakının etirazlarına eyham vurur. Nikol Paşinyan sərhəd məsələsində Rusiyanın dəstəyinə ümid bəsləyir, amma Azərbaycanın şərtlər seriyası onu bu qənaətə gətirir ki, Bakı növbəti dəfə həmləyə keçəcək. Paşinyan etiraz edir, ancaq Əliyev də onun formulu ilə razılaşmır, Putin "razılaşdırılmayan bəndlər” ifadəsi həmin məqamı özündə ehtiva edir", - Kərimov bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox