Son sutkada məhv edilən Rusiya hərbçilərinin sayı AÇIQLANDI
Fevralın 24-dən bu günə qədər 72 470 rus işğalçısı məhv edilib. Onlardan 650-si son sutka ərzində öldürülüb. Bu barədə "UNİAN"-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən sutka ərzində Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri və 1 təyyarəsi vurulub.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
www.anews.az
"Son sutka ərzində Rusiya ən böyük itkiləri Avdeyevski və Baxmut istiqamətlərində verib", - Baş Qərargahdan bildirilib.
Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən sutka ərzində Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri və 1 təyyarəsi vurulub.
"Rusiyanın digər döyüş itkiləri 2 698 tank, 5 501 zirehli maşın, 1 730 artilleriya sistemi, 383 reaktiv yaylım atəşi sistemi, 197 hava hücumundan müdafiə sistemi, 276 təyyarə, 257 helikopter, 1 415 operativ-taktiki PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 1443 avtomobil və avtoçən, 154 xüsusi texnikadan ibarətdir", - Qərargahdan bildirilib.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox