• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Apple Pay artıq Yelo Bank-da!

Apple Pay artıq Yelo Bank-da!
01.11.2022 13:55
Yelo Bank müştəriləri üçün innovativ həlləri tətbiq etməyə davam edir. Bank bu dəfə kart müştərilərinə Apple Pay təmassız ödəmə üsulunu əlçatan etdi. Bunun üçün sadəcə iPhone smartfonu, Apple Watch saatını və ya iPad planşetini ödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür. 


Apple Pay-in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay-ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərək şifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş "Təhlükəsiz element” çipində əminliklə saxlanılır.   


Yelo kartı Apple Pay-də aktivləşdirmək çox asandır:
•       Yelo mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin
•       "Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin.


Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad, Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edə biləcəksiniz. 


Apple Pay xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər. 


Yelo mobil tətbiqini yükləmək üçün https://bit.ly/ylapple və Apple Pay haqqında daha ətraflı məlumat üçün https://bit.ly/yaplpay linklərinə keçid edə bilərsiniz.


Bank xidmətləri, həmçinin, məzənnə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol