• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir -FOTO

Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir -FOTO
02.11.2022 12:27
Son illər ərzində ölkədə rəqəmsallaşmaya önəm verərək, yeni texnoloji həlləri ilk olaraq təqdim edən Kapital Bank 1-4 noyabr 2022-ci il tarixlərində Lissabon şəhərində keçirilən beynəlxalq Web Summit də təmsil olunur. Web Summit dünyanı dəyişən insanları və ideyaları birləşdirən ən böyük texnologiya tədbirlərindən biridir. Tədbirdə Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə, həmçinin PAŞA Holding-ə daxil olan digər şirkətlərin nümayəndələri də iştirak edir. 

2009-cu ildən indiyədək Web Summit dünyanın ən böyük və ən mötəbər konfranslarından birinə çevrilə bilib. 100 000-dən artıq insanın qatıldığı bu ilki tədbirdə Google, Apple, Amazon və digər qabaqcıl şirkətlərin nümayəndələri spiker, inverstor və mentor qismində iştirak edir. Kapital Bank Azərbaycanın ən böyük maliyyə qurumlarından biri olmaqla Web Summit-də həm öz texnoloji yeniliklərini paylaşacaq, həm də dünyanın məşhur şirkətlərinin təcrübələrini öyrənəcək.  

"Biz hazırda dünyanın maliyyə texnologiyaları sahəsində baş verən ən böyük dəyişiklikləri, trendləri və son yenilikləri öyrənmək və bankımızın departament və şöbələrində tətbiq etmək üçün bu tədbirdə iştirak edirik. Dünyanın ən böyük FinTech-ləri, maliyyə texnologiyaları şirkətləri və banklarının təmsil olunduğu tədbirdə hazırda dünyada baş verən yeniliklər və gələcək texnologiyalar barədə fikir mübadiləsi aparırıq. Ümidvaram ki, bu bizə ölkənin maliyyə sektorunun inkişafı istiqamətində yeni fürsətlər qazanmağa imkan verəcək”, - deyə, Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə bildirdi.

Qeyd edək ki, Kapital Bank-ın İnnovasiya Proqramı hazırda 3 əsas istiqaməti əhatə edir: daxili innovasiya, xarici innovasiya və innovativ brendinq. Bu istiqamətdə hazırda müəyyən işlər aparılır, region üçün önəmli olan texnoloji həllər tətbiq edilir, həmçinin dünyada olan yeniliklər yerli bazara uyğunlaşdırılır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol