Qriqoryan və Şahin Mustafayev sabah Brüseldə görüşəcək
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan noyabrın 3-də Brüseldə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclasında iştirak edəcək. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
Bundan əvvəl iki ölkənin dövlətlərarası sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin ilk görüşü mayın 24-də keçirilib.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının avqustun 30-da keçirilən ikinci iclasında Qriqoryan və Mustafayev təşkilati və prosedur məsələlərini müzakirə ediblər.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox