• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

"Gilar" qızıl yatağında kəşfiyyat işləri aparılacaq

02.11.2022 17:01
Britaniyalı qızıl mədənçisi 2022-ci ilin sonuna kimi Gilar yatağında əlavə kəşfiyyat qazma işləri aparmağı planlaşdırır.

Böyük Britaniyanın "Anglo Asian Mining” şirkəti (AAM – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – red) 2022-ci ilin sonuna kimi Gilar faydalı qazıntı yatağında əlavə kəşfiyyat qazma işləri aparmağı planlaşdırır.

"Cari il ərzində "Gilər” yatağında almaz qazma üsulu ilə 30 quyu qazılıb. Qazma zamanı təxminən 300 metr dərinlikdə mis minerallaşmasının üç əsas zonası aşkar edilib.  Mineral Resurslar üzrə ilk qiymətləndirmə  təxminən 2022-ci ilin dördüncü rübünün sonuna qədər dərc olunacaq”, - AAM-ın açıqlamasında deyilir.

Şirkətin məlumatına görə, bu sahədə iki növ minerallaşma var -  kvars damarlarında qızıl və hidrotermal məhlullardan qızıl-mis filizinin əmələ gəlməsi.

"Qazma işlərinin dərinliyi (təxminən 450 metr) nəzərə alınmaqla həm kəşfiyyat, həm də hasilat üçün əlverişli yeraltı çıxış planı hazırlanıb. 2022-ci ilin dördüncü rübündə kəşfiyyat tuneli çəkiləcək və bundan gələcək hasilat üçün də istifadə olunacaq. Hazırda yataqda açıq minerallaşma uzantılarının sınaqdan keçirilməsi üçün genişmiqyaslı quru əsaslı geofizika proqramı aparılır.

Gilar Gədəbəy müqavilə sahəsində, şirkətin emal müəssisələrindən təxminən yeddi kilometr aralıda yerləşir.

PSA müqaviləsi 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir.

2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, şirkət sərəncamında üç yeni müqavilə bloku aldı və birini inkişaf etdirmək hüquqlarından imtina etdi. Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Gədəbəy yatağından ilk qızılın hasilatı 2009-cu ildə, gümüşün çıxarılması isə 2010-cu ildə başlanmışdır. 2013-cü ilin sentyabr ayında şirkət Qoşa müqavilə sahəsinin işlənməsinə başladı.

Hazırda Anglo Asian Mining Gədəbəy və Qoş müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol