• $
  • £

Ermənistan və Azərbaycan baş nazirlərinin görüşündən GÖZLƏNTİLƏR

Ermənistan  və Azərbaycan baş nazirlərinin görüşündən GÖZLƏNTİLƏR
02.11.2022 18:12
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan noyabrın 3-də Brüseldə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclasında iştirak edəcək. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Sıyasi ekspert Elxan Şahinoğlu Brüssel görüşünü şərh edərkən bildirib ki, adətən bu cür görüşlər öncəsi xarici işlər nazirləri görüşüb fikir mübadiləsi aparır, liderlərin görüşü üçün zəmin hazırlayırlar. Bu il ərzində Brüselldə liderlərin dörd görüşü baş tutub, növbəti görüş də bu ay baş tutacaq. 

Ekspert hesab edir ki, bu həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır.

"Rusiyadakı mərkəzlərdən fərqli olaraq, Avropa İttifaqı, Brüssel  münaqişədə maraqlı deyil və Azərbaycanla  Ermənistan arasında məsələlərin həllini, əməkdaşlıq və regional layihələrin işə düşməsini istəyir. Bu Azərbaycan və Ermənistanın da maraqlarına uyğundur”, - Şahinoğlu bildirib. 

Elxan Şahinoğlu deyir ki, görüşlər sülh prosesinin sürətləndirilməsi və ya sülh imzalanması anlamına gəlmir. Lakin görüşlərin keçirilməsi, ümumilikdə, bu sahədə müsbət gedişatdan xəbər verir. 

Exspertin fikrincə,  Soçi görüşlərində ciddi nəticə əldə olunmaması Rusiyanın vasitəçiliyinin işə yaramadığını göstərir.  Əksinə, Rusiyadakı mərkəzlər Qarabağdakı seperatçılara dəstəyi artırır. 

Siyasi şərhçi hesab edir ki, Avropa ittifaqının məsələyə fərqli yanaşması - Avropa İttifaqının rəhbəri Şarl Mişelin açıqlamalarında  Minsk qrupu ifadəsi işlətməməsi kimi məsələlərə görə dialoqun davam etməsi hər iki tərəf üçün faydalı olacaq.

Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol