• $
  • £

İlham Əliyev məndən iki “TOGG” istədi - ƏRDOĞAN

İlham Əliyev məndən iki “TOGG” istədi - ƏRDOĞAN
03.11.2022 10:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan "TOGG” avtomobili istədiyini açıqlayıb. Bunu Ərdoğan jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən bildirib.

Türkiyə Prezidenti vətəndaşların yeni istehsal olunan avtomobildən razı qalacaqlarını qeyd edib.

"TOGG-un fabrikində hər şey robotlaşdırılıb. TOGG-u xalqımıza sevdirmək bizim üçün vacibdir. Biz vətəndaşlarımızın qarşısında variantlar təqdim edəcəyik, hansını bəyənsələr, onu alacaqlar. Həyat yoldaşım qırmızı rəngi bəyəndi, onu istifadə edəcəyik. Avtomobillə bağlı ikinci təklif gəldi və bu təklifi edən İlham Əliyev oldu. O, iki "TOGG” istədiyini bildirdi. İlham Əliyev bu avtomobillərdən birini xidməti, digərini isə iqamətgahda istifadə edəcəyini qeyd edib. Hətta bu gün telefon danışığımızda da bunu xatırlatdı”.

Jurnalistin İlham Əliyevin hansı rəngdə avtomobil istəməsinə dair suala isə Ərdoğan belə cavab verib.
 
"Rəng məsələsini müzakirə etmədik. Düşünürəm ki, İlham Əliyev avtomobilin hansı rəngdə olmasını Mehriban xanımla müzakirə edib bizə məlumat verər”.  

Ərdoğan əlavə edib ki, "TOGG” satışa çıxanda rəqabətədavamlı olacaq: "O, 0-dan 100 kilometrə 4,8 saniyəyə çata bilir”.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə bir neçə gün əvvəl "TOGG” avtomobilini sınaqdan keçirib. Ərdoğan tədbir zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol