Ukrayna indiyədək Rusiyanın bu qədər hərbçilərini zərərsizləşdirib
Ukraynada müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 74 000 hərbçisi zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilib.
Son sutkada 730 rusiyalı hərbçi məhv edilib.
Ukrayna Silahlı Qüvvələri tərəfindən ötən sutka ərzində Rusiyanın 45 qanadlı raketi, 4 helikopteri və 1 təyyarəsi vurulub.
Baş Qərargahın məlumatına əsasən, Rusiyanın digər döyüş itkiləri - 2 734 tank, 5 552 zirehli maşın, 1 755 artilleriya sistemi, 390 reaktiv yaylım atəşi sistemi, 198 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopter, 1 442 operativ-taktiki PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 162 avtomobil və avtoçən, 155 xüsusi texnikadan ibarətdir.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox