BNEZ modentləşməsi üçün alınan avadanlıqlar rüsumdan azad ediləcək

Azərbaycan Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi üçün avadanlıqların idxalı üçün nəzərdə tutulan gömrük güzəştlərini 2025-ci ilə qədər uzadmaq planlaşdırıb. Bu barədə Azərbaycan Milli Məclisinə təqdim olunan "Vergi Məcəlləsinə dəyişikliklər barədə" qanun layihəsindədə nəzərdə tutulub.
Bu güzəştlər artıq 2021-ci il yanvarın 1-dən qüvvədədir. Eyni zamanda, hökumət onların qüvvədə olma müddətinin daha iki il uzadılmasını təklif edir.
Güzəştlər illik istehsal gücü ən azı 3 milyon ton olan neft emalı zavodlarının yenidən qurulması məqsədilə ölkəyə gətirilən avadanlıq və materiallara şamil edilir.
Hazırda Azərbaycanda bir neft emalı zavodu fəaliyyət göstərir. Heydər Əliyev adına Bakı Neft Emalı zavodu adlanan bu müəssisısə genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirilir. Pavodun modernləşdirilməsi və yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər 2023-cü ilin dekabrında başa çatacaq.Zavodun gücü ildə 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə əsasən zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emalı üçün nəzərdə tutulacaq. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır.
Neft emalı zavodu SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) tərkib hissəsidir.
2022-ci ildə SOCAR zavodun modernləşdirilməsi üçün dövlət büdcəsindən 214 milyon manat (indiki məzənnə ilə təxminən 126 milyon dollar) alacaq.
N.Təbrizli
www.anews.az