Pandemiya ilə mübarizəyə ayrılacaq pulun məbləği AÇIQLANDI

2023-cü ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 48,3 milyon manat vəsait proqnozlaşdırılıb. Bu "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi texniki bazasının gücləndirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində Milli Onkologiya Mərkəzi üçün 47 milyon manat vəsait nəzərdə tutulub.
www.anews.az

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Bundan başqa, ölkədə ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə 2023-cü ilin dövlət büdcəsindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 9,5 milyon manat məbləğində vəsait ayrılacaq.
Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Aytac
www.anews.az