Neft fondu valyuta satışını azaldıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin oktyabrında valyuta hərraclarında ümumilikdə 321,9 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
2022-ci ilin sentyabrında ARDNF tərəfindən valyuta hərraclarında ümumilikdə 465,3 milyon ABŞ dolları məbləğində valyuta satılıb. Beləliklə, oktyabrda sentyabrla müqayisədə Dövlət Neft Fondu tərəfindən valyuta satışının həcmi 30,8% azalıb.
ARDNF-nin aylıq məlumatlarına görə, 2022-ci ilin yanvar-oktyabrında fond hərraclarda 4 milyard 179,2 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb ki bu da 2021-ci ilin yanvar-oktyabrından 13,7% azdır.
Hazırda Mərkəzi Bankın valyuta hərraclarında xarici valyuta satışını əsasən ARDNF həyata keçirir.
2021-ci ildə ARDNF valyuta hərraclarında 6 milyard 679 milyon dollar satıb.Bu da 2020-ci illə müqayisədə 8,6% azdır. 2021-ci ildə ARDNF tərəfindən hərraclarda orta aylıq xarici valyuta satışı 556,6 milyon dollar təşkil edib.
N.Təbrizli
www.anews.az