Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna büdcədən pul ayrılacaq
Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna (AİKGF) 2023-cü il dövlət büdcəsindən 101 milyon manat vəsait ayrılacaq. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
"Gələn ilin dövlət büdcəsində AİKGF-yə 101 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub", - Şərifov cümə axşamı parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Məsələləri üzrə Komitəsinin iclasında Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu məbləğin 87,7 milyon manatı Fondun nizamnamə kapitalının artırılmasına, güzəştli ipoteka kreditlərinin verilməsinə, daha 13,3 milyon manatı isə sahibkarların subsidiyalaşdırılmasına yönəldiləcək.
Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb. Şirkətin bütün səhmləri dövlətə məxsusdur.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox