BP yanvar-sentyabrda AÇG blokunda neft hasilatını 9,5% azaldıb

2022-ci ilin yanvar-sentyabrında "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatı təqribən 114 milyon barel (15 milyon ton) təşkil edib.
2021-ci ilin yanvar-sentyabrında AÇG blokundan ümumilikdə 126 milyon barel (17 milyon ton) neft hasil edilib. Belə ki, bu müqavilə sahəsindən 2022-ci ilin yanvar-sentyabrnda barellə neft hasilatı 9,5% azalıb.
BP-nin məlumatına görə, AÇG blokunun işlənməsi layihəsinin dəyəri 2021-ci ilin yanvar-sentyabrı ilə müqayisədə 6,1% azalaraq 1 milyard 541 milyon dollar təşkil edib.
"Əməliyyat xərcləri 337 milyon dollar, kapital xərcləri isə 1 milyard 204 milyon dollar təşkil edib”, - şirkətdə qeyd olunub.
2022-ci ilin yanvar-sentyabrında blokda orta gündəlik neft hasilatı 418 min barel (2021-ci ilin yanvar-sentyabrında 461 min barel) təşkil edib. Eyni zamanda, "Çıraq" platformasından orta hesabla 25 min barel (2021-ci ilin yanvar-sentyabrında 29 min barel), "Mərkəzi Azəri"də - 105 min barel (109 min barel), "Qərbi Azəri"də - 108 min barel (115 min barel), "Şərqi Azəri"də - 63 min barel (77 min barel), "Dərinsulu Günəşli"də -77 min barel (87 min barel) ), "Qərbi Çıraq"da - 40 min barel (44 min barel) neft hasil edilib.
"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yatağının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%) yataqların istiması üzrə konsorsiuma daxil olublar.
Yeni saziş çərçivəsində investisiyalar 2050-ci ilə qədər olan dövr üçün 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olması planlaşdırılır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər