Azərbaycanda ÜDM rekord həddə çata bilər

2022-ci ilin sonunda Azərbaycanın nominal Ümumi Daxili Məhsulunun (ÜDM) həcçi rekord həddə çata və 130 milyard manat təşkil edə bilər. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Cari neft və qaz qiymətləri bu ilin sonuna kimi dəyişməz qalarsa, 2022-ci ildə Azərbaycanın ÜDM-nin nominal həcmi rekord həddə, yəni 130 milyard manata çata bilər", - Cabbarov bu fikri cümə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabrında Azərbaycanın Azeri Light markalı neftinin orta qiyməti 107,22 dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,95 dollar və ya 57,1% çoxdur.
2021-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 92,8 milyard manat olub.
N.Təbrizli
www.anews.az