• $
  • £

Prezident nazir müavinini işdən çıxartdı - SƏRƏNCAM

Prezident nazir müavinini işdən çıxartdı - SƏRƏNCAM
03.11.2022 15:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyət nazirinin birinci müavini  Elnur Əliyev tutluğu vəzifədən azad edilib. Bu barədə prezidet.az saytı xəbər verir.
 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Elnur Əliyev bu vəzifəyə 2021-ci ilin sentyabrında təyin olunub. 

2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyində  keçirdiyi əməliyyat zamanı Elnur Əliyev həbs edilib. Güc qurumundan olan  mənbələrin verdiyi məlumata görə, onun həbsinin səbəbi korrupsiya hallarına yol verməsidir.  Nazirin birinci müavini ilə bərabər  nazirliyin Təchizat və Əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıblar.
 
Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib.

Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına rəhbərlik edib. 

004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı səfirliyində işləyib. 

2008-2017-ci illərdə İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə çalışıb.

2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi işləyib. 

2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. 

2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışıb.

Evlidir, üç övladı var.

 
N.Təbrizli
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol