Fazil Məmmədov sabah dəfn ediləcək- YENİLƏNİB
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq. Bu barədə onun ailəsi məlumat verib.
Sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbristanlığında torpağa tapşırılacaq.
Fazil Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

**********
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Bu barədə "Qafqazinfo"ya eks-nazirin yaxınları məlumat verilib.
Azxeber.com-un yaydığı məlumata görə, mərhumun nəşi bu gün Bakıya gətiriləcək.
1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.
Bir neçə il əvvəl F. Məmmədovun qaraciyər serrozuna tutulduğu haqda xəbərlər yayılsa da, onun pankreatitdən (mədəaltı vəzin iltihabı) əziyyət çəkdiyi məlum olmuşdu. Eks-nazir Türkiyədə müalicə alırdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox