2023-cü il üçün ÜDM artımı 3 ssenari üzrə hesablanıb

2023-cü ildə Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) artımı baza ssenarisi üzrə 2,7%, optimist ssenari üzrə isə 3,3% təşkil edəcək. Bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi məlumat yayıb.
"Azərbaycanın 2023-cü ildə ÜDM-in artımı üçün üç ssenari hazırlanıb - əsas, optimist və pessimist”, – Maliyyə Nazirliyindən bildirilib.
Baza nümunəsi neftin orta qiymətinin 1 barel üçün 50 dollar olduğu halda ÜDM-in 2,7% (nominal ÜDM 106 milyard manat təşkil edəcək) səviyyəsində artımını nəzərdə tutur.
Optimist variantda neftin 1 barreli ümün 60 dollar olduğu halda ÜDM-in 3,3% səviyyəsində artım (nominal ÜDM - 111,2 milyard manat) nəzərdə tutulub.
Pessimist ssenari neftin bir barelinin 40 dollar qiymətindən hesablanır. Bu hal üçün ÜDM artımı 1,3% artım (nominal ÜDM - 99,1 milyard manat) səviyyəsində proqnozlaşdırılıb.
Maliyyə Nazirliyinin məlumatına görə, baza ssenarisinə əsasən, 2023-cü ildə qeyri-neft ÜDM-in artımı 4,5% (nominal ÜDM - 73,3 milyard manat) təşkil edəcək. Optimist ssenari ilə qeyri-neft sektorunun artımı 5,6% (75 milyard manat), pessimist ssenaridə isə 2% (69,9 milyard manat) olacaq.
Ümumilikdə, baza ssenarisinə əsasən, 2022-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 3,5%, optimistə görə - ildə 4,1%, pessimistə əsasən isə - 2,6% təşkil edəcək.
2022-2026-cı illərdə ÜDM-in orta illik artımı baza ssenarisi üzrə 5,4%, optimist - 6,3%, pessimist - 3,8% təşkil edəcək.
Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb.
N.Təbrizli
www.anews.az