• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Dövlət Neft Fondunda ilin sonuna yığılacaq vəsaitin miqdarı açıqlanıb

Dövlət Neft Fondunda ilin sonuna yığılacaq vəsaitin miqdarı açıqlanıb
04.11.2022 12:17
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərini 2023-cü ilədək  46,8 milyard dollara kimi artıracağını proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyi məlumat verir. 

2021-ci ilin sonunda ARDNF-nin aktivləri təxminən 45 milyard dollar təşkil edib. Beləliklə, 2022-ci ildə fondun aktivlərinin artımı 4% təşkil edəcək. 

Maliyyə Nazirliyi neftin dünya bazarında qiymətindən asılı olaraq Neft fondunun aktivləri üçün 3 ssenari tərtib edib. 

Baza ssenarisinə görə, neftin orta qiymətinin 50 dollar/barel olması ilə ARDNF-nin aktivləri 2024-cü ilə qədər 45,4 milyard dollar təşkil edəcək.

Optimist ssenariyə görə,  neftin orta qiyməti 60 dollar/barel olması ilə  ARDNF-nin aktivləri 2024-cü ilə qədər 46,4 milyard dollar təşkil edəcək.

Pessimist ssenariyə əsasən isə  neftin orta qiymətinin 40 dollar/barel olması şərti ilə  2024-cü ilə qədər ARDNF-nin aktivləri 44,4 milyard dollar təşkil edəcək.

Eyni zamanda, Maliyyə Nazirliyi bildirir ki, beynəlxalq qurum və agentliklərin proqnozlarına əsasən, 2023-cü ildə Brent markalı neftin orta qiyməti 91-95 dollar/barel təşkil edəcək.

Maliyyə Nazirliyi onu da bildirib ki, neftin qiymətinin orta hesabla 10 dollar/barel ucuzlaşması Azərbaycanın icmal büdcəsinin gəlirlərinin ildə orta hesabla 2,2 milyard manat (təxminən 3 milyard dollar) azalmasına səbəb olur.

30 sentyabr 2022-ci il tarixinə ARDNF-nin aktivləri 45 milyard 386,4 milyon ABŞ dolları (2021-ci ilin sonundakı göstəricidən +0,8%) qiymətləndirilir.

Azərbaycan Neft Fonduna neft və qaz müqavilələrinin həyata keçirilməsindən əldə edilən gəlirlərin akkumilyasiyası üçün yaradılıb.
 
N.Təbrizli
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol