Rusiya nə qədər itki verib? - AÇIQLAMA
Ukrayna ordusu Rusiya ordusunun itkilərinin sayını açıqladı. Bu barədə UNİAN- a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 24-dən etibarən Rusiya tərəfi 74 840 canlı qüvvə itirib.
Rusiyanın digər döyüş itkiləri 2 750 tank, 5 580 zirehli maşın, 1 772 artilleriya sistemi, 391 reaktiv yaylım atəşi sistemi, 201 hava hücumundan müdafiə sistemi, 277 təyyarə, 258 helikopter, 1 450 PUA, 397 qanadlı raket, 16 gəmi/qayıq, 4 174 avtomobil texnikası və avtosistern, 155 xüsusi texnikadan ibarətdir.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox