• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

BP Azərbaycan podryatçılara ayırdığı vəsaiti açıqlayıb

BP Azərbaycan podryatçılara ayırdığı vəsaiti açıqlayıb
04.11.2022 12:44
Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin istismarı üzrə podratçı şirkətlər 2022-ci ilin yanvar-sentyabrında 998,6 milyon dollar həcmində sifarişləri yerinə yetirib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26 4% azdır. Bu barədə  BP-Azərbaycan şirkəti məlumat verib. 

"Göstərilən məbləğdən 500,3 milyon ABŞ dolları məbləğində sifariş 14 müştərək müəssisə, 29,8 milyon dolları 27 dövlət müəssisəsi, 218 milyon dolları 196 kiçik və orta müəssisə, 250,5 milyon dolları BP-nin Azərbaycanda layihələrində çalışan 97 xarici şirkət tərəfindən yerinə yetirilib” ,- şirkətin mətbuat xidmətinin məlumatında bildirilib.

BP-Azərbaycan şirkətinin 2022-ci ilin yanvar-sentyabrında sosial layihələrin həyata keçirilməsinə layihə tərəfdaşları ilə birgə və ayrıca yatırılan vəsaitlər də daxil olmaqla ümumi investisiyaları 4 milyon ABŞ dolları təşkil edib.

"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokda neft hasilatı 1997-ci ilin noyabrında başlayıb.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə BP-nin (layihə operatoru) payı 30,37%, Azərbaycan Dövlət Neft Şirkəti - 25%, Amerikanın Chevron və ExxonMobil - 9,57% və 6,79%, Hindistanın ONGC - 2,31%, Yaponiyanın Inpex Corp. və Itochu Oil - müvafiq olaraq 9,31% və 3,65%, Norwegian Equinor - 7,27%, Türkiyənin TPAO - 5,73% daxil olub .

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı - BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%) kimi bölüşdürülüb. 

Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); ExxonMobil (2,5%), Itochu (3,4%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC (2,36%) şirkətləridir. 
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol