• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Qriqoryan: Sülh müqaviləsi ilə bağlı Bakı və Rusiyanın təklifləri var

Qriqoryan: Sülh müqaviləsi ilə bağlı Bakı və Rusiyanın təklifləri var
05.11.2022 11:09
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşündə iki ölkə arasında sülh müqaviləsi ilə bağlı rəsmi Bakının təkliflərinə İrəvanın cavabları müzakirə olunacaq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib. 

Onun sözlərinə görə, hazırda masada iki sənəd var, onlardan biri Azərbaycan, digəri isə rusiya tərəfindən təklif olunub. 

"Azərbaycanın 5 təklifindən sonra sülh müqaviləsini təqdim etdilər və biz bunun əsasında gələn həftə Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə bunu müzakirəə edəcəyik. Bir də Rusiyanın təklifi var, o, sülh müqaviləsinin parametrləri ilə bağlı təklifdir. Başqa təklif yoxdur. Yəni Qərbdən təklif var demək yanlışdır. Qərb daha çox bizə variantlar tapmaqda kömək etməyə çalışır. Vaşinqtonda keçiriləcək görüşdə Azərbaycanın təklif etdiyi varianta Ermənistanın cavabları müzakirə olunacaq”, - Qriqoryan bildirib. 

Armen Qriqoryan müsahibəsində "Dağlıq Qarabağ respublikası”nın status məsələsi ilə bağlı heç bir məsələnin müzakirə olunmayacağını açıqlayıb. 

O, Ermənistan, Rusiya və Azərbaycan dövlət başçıları arasında Soçidə keçirilən üçtərəfli danışıqları və onun yekunu olaraq qəbul edilən bəyanatı da şərh edib.

Qriqoryanın sözlərinə görə erməni tərəfi bir neçə dəfə Rusiya təklifləri paketində Dağlıq Qarabağ probleminin dəqiq əks olunmasına cəhd edib.

"Rusiya tərəfi əvvəllər bunun təmin olunacağı ilə bağlı bizə söz vermişdi. Amma belə olmadı. Biz həmçinin istəyitdik ki, sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsini istəmişdik. Amma son bəyənata bunu salmadılar. Biz Rusiya ilə işləyir və bu istiqamətdə nəticələrə nail olmağa çalışırıq”, Qriqoryan bildirib.

O həmçinin sülhməramlıların Qarabağda qalma müddətinin uzadılması ilə bağlı Ermənistan baş nazirinin təşəbbüsünə Rusiya tərəfinin reaksiyası barədə də danışıb.

Qriqoryanın sözlərinə görə, Rusiya tərəfinin "deyəsən bu məsələyə anlayışlı yanaşması var və bu istiqamətdə işləməyə, məsələnin həlli yollarını tapmağa cəhd etməyə dəyər”.

Rusiya sülhməramlılarını başqa ölkələrin sülhməramlılarına dəyişmək imkanına gəlincə Qriqoryan qeyd edib ki, erməni tərəfi başqa tərəfdaşlarla bu məsələni müzakirə etməyib.

Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol