Putinin G20 samittində iştirak etməyəcək
Rusiya prezidenti Vladimir Putin noyabrın 15-də Balidə başlayacaq G20 forumunda iştirak etməyəcək. Bu barərdə Reuters agentliyi məlumat yayıb.
İndoneziya Dənizçilik və İnvestisiya Məsələləri üzrə Koordinasiya Nazirinin sözçüsü Codi Mahardi bildirib ki, Cakarta görüşdə Rusiya tərəfinin nümayəndəsi qismində Rusiya xarici işlər naziri Sergey Lavrovu gözləyir.
Onun sözlərinə görə, G20 sammiti çərçivəsində Putinin forum görüşlərinin birində onlayn çıxışı gözlənilir.
Bu yaxınlarda bir sıra KİV-lər Rusiya prezidentinin G20-nin Balidə keçiriləcək görüşündə iştirakının planının olmadığı barədə məlumat yayıb. Lakin Kreml hələ ki, Putinin görüşə gedib-getməyəcəyini rəsmən açıqlamayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, hazırda G20 sammiti ilə bağlı müxtəlif formatlar müzakirə olunur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq