Qazaxıstan BTC ilə neft icracını 5 dəfə artıracaq

Qazaxıstan 2023-cü ildən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını 6,5 milyon tona kimi artıracaq. Bunu Qazaxıstanın baş naziri Əlixan Smailov bildirib.
"Qazaxıstan neft marşrutlarının şaxələndirilməsi üzərində işləyir, 2023-cü ildən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə 1,5 milyon ton neftin 6-6,5 milyona çatdırılması barədə saziş var. O cümlədən, indi bizim bu istiqamətdə gələn il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı müqaviləmiz var və onun 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir”, - Smailov jurnalistlərə deyib.
O əlavə edib ki, ixracın diversifikasiyası üçün xüsusi "yol xəritəsi” hazırlanıb.
"Xüsusən də bu, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə daşımaları nəzərdə tutan istiqamətdir. Həmçinin Gürcüstanda Bakı-Supsa və Bakı-Batumi istiqamətlərində neft daşımalarda maraqlıyıq. Bizim orada bizim terminalımız da var. limanda.Bu istiqamətlər, üstəlik Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu iləgedən bir istiqamət də cəlbedicidir. Bir də Çin Xalq Respublikası istiqaməti var. Bütün bu istiqamətlərdə hazırda neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işlər aparılır. ", - hökumət başçısı əlavə edib.
N.Təbrizli
www.anews.az