Rusiyalı deputat Ukraynaya dəstək üçün vəzifəsindən imtina edib
Rusiyanın Krasnodar şəhər şurasının Kommunist Partiyasından olan deputatı İqor Azarov Rusiyanın Ukraynaya hücumunu bəyənmədiyi və səfərbər olmaq istəmədiyi üçün Rusiyadan mühacirət etdiyini açıqlayıb.
Bu barədə BBC agentliyi məlumat yayıb.
O, deputatlıq səlahiyyətlərini tərk etdiyini açıqlayıb.
Azarovun sözlərinə görə, o, Serbiyadadır, orada əvvəlcə ezamiyyətə gəlsə də, sonra vətəninə qayıtmamaq qərarına gəlib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox