Nazir - Ehtiyac olarsa müdafiə xərclərinə ayrılan pul artırılacaq

Müdafiə və təklükəsizlik üçün vəsaitin artırılmasına ehtiyac olarsa bu haqda qanuna dəyişiklik olunacaq, bunu bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
www.anews.az
"Prezident bütün riskləri nəzərə alıb. Əgər nə zaman hansısa bir dəyişikliyə ehtiyac olarsa maliyyə xərclərinə ayrılan vəsaitin artılmasına dəyişiklik edilə bilər”, nazir bildirib.
Parlmentin bu gün keçirilən "2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinda deputatlar müdafiə və təklükəsizlik sahəsinə ayrılan məbləğin artırlmasını təklif edib.
Nazir Samir Şərifov bildirib ki, Ombusdmana ayrılan pulun məbləğinə yenidən baxıla bilər
2023-cü il üçün müdafiə xərclərinə 3 milyard 134 milyon dollar pul ayrılıb. Cari il üçün isə bu rəqəm 2.7 milyard dollar müəyyən olunub.
Gülnar Nazimqızı
www.anews.az