Pərakəndə ticarət dövriyyəsinin STATİSTİKASI

2022-ci ilin 10 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4
milyard manatlıq, o cümlədən 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 17,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında qeyd olunub.
Keçən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.
2022-ci ilin doqquz ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları
mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün
məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil
benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Bu ilin yanvar-oktyabrında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri
tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz
artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2021-ci il ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real
ifadədə müəssisələr üzrə 3,4 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalarda 4,0
faiz artmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda
401,5 manatlıq, o cümlədən 225,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
175,9 manatlıq qeyri-ərzaq malları almışdır.
Aytac
www.anews.az