• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Azərbaycanda kapital qoyuluşları 8% artıb

Azərbaycanda kapital qoyuluşları 8% artıb
14.11.2022 16:53
2022-ci ilin yanvar-oktyabrında Azərbaycanda əsas kapitala kapital qoyuluşları 11 milyard 774,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur. Bu barıdı Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Neft-qaz sektoruna kapital qoyuluşları 13,5% azalıb. Bununla yanaşı, qeyri-neft sektoruna kapital qoyuluşları 23,8 faiz artıb.

Ümumi kapital qoyuluşlarının 6 milyard 585,4 milyon manatı (bütün investisiyaların 55,9 faizi) istehsal sahələrinə, 4 milyard 457,5 milyon manatı (bütün investisiyaların 37,9 faizi) xidmət sahələrinin tikintisinə, 731,6 milyon manatı xidmət sahələrinə yönəldilib. 

Yanvar-oktyabrda əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi 2 milyard 731,2 milyon manat (bütün investisiyaların 23,2 faizi), daxili investisiyalar 9 milyard 43,3 milyon manat (bütün investisiyaların 76,8 faizi) təşkil edib.

Hesabat dövründə ümumi kapital qoyuluşunun 73,6 faizi və ya 8 milyard 663,9 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilib.

2021-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarında azalma 8,2% təşkil edib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol