Rusiyanın baş naziri Azərbaycana səfər edəcək
Noyabrın 17-də Bakıda Rusiya və Azərbaycan hökumət başçıları - Əli Əsədov və Mixail Mişustinin iştirakı ilə XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, forumda iki ölkənin hökumət üzvləri, işgüzar dairələrin və regionların nümayəndələri iştirak edəcəklər.
Forumda Azərbaycan və Rusiya arasında iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar, təhsil, kiçik və orta biznes, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir.
Forumun işıqlandırılmasına yerli mediadan ancaq AzTV və Azərtac dəvətlidir. Digər media təmsilçilərin forumun işıqlandırmasına icazə verilməyib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox