• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

ABB-nin dəstəyi ilə Ümumrespublika Biznes Oyununun qalibləri seçildi

ABB-nin dəstəyi ilə Ümumrespublika Biznes Oyununun  qalibləri seçildi
15.11.2022 16:53
ABB-nin, Gənclər və İdman Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin  tərəfdaşlıq dəstəyi ilə keçirilən "Gənc Fermer” Ümumrespublika Biznes Oyununun final mərhələsi başa çatıb. Finalda 6 komanda mübarizə aparıb. Münsiflərin yekun rəyi ilə "Bakı” komandası yarışın qalibi olub. Komanda təqdim etdiyi "AqroSmart” layihəsi ilə qalib gəlib. "AgroApp” komandası (Gəncə) ikinci, "Üzümçü” komandası (Göygöl) üçüncü yerə çıxıb. 

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib. 

Layihə Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşəbbüsü ilə həyata keçirilib. "Gənc fermer” Ümumrespublika Biznes Oyunu 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə yarışa qatılmış hər bölgədən 1 qalib komanda müəyyənləşib. Sonra həmin komandalar final mərhələsində yarışıblar. Belə bir layihədə məqsəd gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılması, yaradıcı təşəbbüslərinin dəstəklənməsidir. Müxtəlif mükafatlarla yanaşı, qaliblərə ayrı-ayrı qurumlarda peşəkar təcrübə imkanı da yaradılacaq. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol