• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Azərbaycanın ən az qazlaşdırılan bölgələrinin adı açıqlandı

Azərbaycanın ən az qazlaşdırılan bölgələrinin adı açıqlandı
15.11.2022 17:41
Hazırda Azərbaycan ərazisinin 96,3% qazlaşıb. Bu barədə Anews.az-a "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Bununla yanaşı o qeyd edib ki, Lerik,Yardımlı Cəlilabadda qazlaşma digər rayonlara nisbətən aşağı səviyyədədir.

Əliyevin sözlərinə görə, 2022-ci ilin planında 110-a yaxın yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. 

"Onlardan 90-u üzrə proses yekunlaşmaq üzrədir. Digərlərində isə son işlər aparılır. İlin sonuna kimi onlarda da işlər yekunlaşacaq. Növbəti il üçün qazlaşdırma prosesi təxmini 140 yaxın yaşayış massivinin aparılacaq", - Əliyev qeyd edib. 

O bildirib ki, gələn il 5 min kilometrə kimi qaz xəttinin təmiri nəzərdə tutulub. 

"2023-cü ilin planı təsdiq olunmaq üzrədir. Bu ayın sonuna kimi tam təsdiqlənmə yekunlaşacaq. Növbəti il üçün həm təmir, həm də tikinti planını əvvəlki ildən 20 faiz artıq planlamışıq. Ümumilikdə 5000 km-ə yaxın qaz xəttlərinin təmiri nəzərdə tutulub",  -  Əliyev deyib.
 
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin qazlaşdırılmasına gəlincə isə Əliyev söyləyib ki, bu i 4 mərhələli plan üzrə gedir və hazırda "Azəriqaz" İB layihləndirməni nəzərdə tutan  artıq birinci mərhələni bitirmək üzrədir.
 
Növbəti mərhələ üçün Energetika Nazirliyinin tərkbində olan komissiyanın tapşırığı olmalıdır. Bundan sonra ikinci mərhələyə başlanılacaq. 
 
Gülnar Nazimqızı
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol