"Azəriqaz"İB-ə borclu olan dövlət qurumunun adı açıqlandı

Azərbaycan Respublikası qaçqınlar və məcburi köşkünlərlə iş üzrə dövlət komitəsindən başqa heç bir dövlət qurumunun "Azəriqaz" İB borcu yoxdur. Bu barədə Anews.az-a "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
"Qeyri əhali üzrə "Azəriqaz" İB-a borclu olan müəsisə yoxdur. Çünki bir ayın tamamında ödənişi etməyən müəsisələrin qazını kəsirik. Bəzi hallarda dövlət qurumlarının borclarının artması halları olur. İlin sonuna kimi çalışırıq ki, bu borcları sıfırlayaq. Hazırda dövlət təşkilatları arasında "Azəriqaz” İB-a borcu olan "Qaçqınkom” var", - Əliyev deyib.
Amma o, borcun nə qədər olması barədə məlumat verməyib.
"Azəriqaz"İB rəhbəri həmçinin bildirib ki, Sayğac istehsalı üzrə Gəncədə fəaliyyət göstərən yeni zavodla bağlanan müqaviləyə əsasən birlik 2 minədək yeni sayğac alacaq.
Bu sayğaclar ilkin mərhələdə test kimi quraşdırılacaq.
Gülnar Nazimqızı
www.anews.az