Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul etdi
Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Belə ki, sənədin lehinə 295, əleyhinə 1 senator səs verib.
Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey, Elian Asasidir. Onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub.
Sənədin müəllifləri Fransa Konstitusiyasının 26 iyun 1945-ci ildə qəbul edilmiş 34-1 maddəsinə, BMT-nin 16 sentyabr 2005-ci il tarixli 60/1, 9 noyabr 2020-ci il tarixli bəyanatına istinad edirlər.
www.anews.az
Son xəbərlər
Daha çox