Milli Məclisdə Fransa senatı və İrana etirazlar səsləndirilib
Fransa senatının Azərbaycanın əleyhinə qəbul etdiyi tövsiyyə xarakterli qətnaməsi və İranın Azərbaycan əleyhinə siyasi bəyanatları Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasının əsas müzakirə mövzusu olub.
Millət vəkili Cavanşir Feyziyev Fransa senatının bu qətnaməsini qərəzli adlandırıb.
"Əvvəlki qətnamə də tövsiyyə xarakteri daşıyırdı. Amma bu kimi qətnamələr erməni siyasətçilər üçün yanlış siqnallar verir və Fransanın geosiyasi maraqlarını təmin etmək arzusundan irəli gəlir. ATƏT-in Minsk qrupunun üzvü olarkən bu ölkən özünü təsdiq edə bilmədi. Münaqişə 44 günlük müharibənin nəticələri, Azərbaycanın uğuru, ATƏT Minsk qrupunun uğursuzluğu ilə bitdi. Davamlı sülh bir çox ölkələri o cümlədən Fransanı təmin etmir. Cənubi Qafqaz artıq Azərbaycan tərəfindən yaradılmış yeni reallıqlar şəraitində yaşayır. Onlar bunu başa düşməlidir", Feyziyev bildirib.
Deputat
Tural Gəncəliyev bildirib ki, Azərbaycan bu qətnaməni rədd edir.
"Bu Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Bu cür qətnamə Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşmasına da xələl gətiirir. Azərbaycana yeni savaş açan hər kəsin cavabı veriləcək. Azərbaycana öz ərazisində qeyri qanuni hərəkətlərə yol verə bilməz”, - Tural Gəncəliyev bildirib.

Kamran Mahmudov da bildirib ki, bu qətnamə Ermənistan lobbisinin məhsuludur və
tövsüyə xarakteri daşıyır.
Millət vəkili Vahid Əhmədov və Fəzail Ağamalı Fransa senatının qəbul etdiyi qətnaməyə cavab vermək üçün işçi qrup yaratmağı və qərar qəbul etməyi təklif edib.
Spiker Sahibə
Qafarova təklifə cavab olaraq bildirib ki, sabah bu məsələyə geniş formada yer
ayrılacaq.
Millət vəkili Ziyafət Əsgərov isə diqqəti İranın Azərbaycana qarşı bəyanatlara yönəldib.
"İran Ermənistana qarşı hər hansı tədbir tətbiq etməsə də Azərbaycan əleyhinə fəaliyyət göstərir. İranın radikal qüvvələri Azərbaycanla sərhəddə təhdid xaraqkterli əməliyyatlar həyata keçirir. Niyə Azərbaycan ərazisi işğal altında olarkən İran təlimlər keçirməyib və məhz Azərbaycan öz torpaqlarını azad etdikdən sonra təlimlər keçirmək qərarına gəlib?", - Əsgərov vurğulayıb.
Millət vəkili Elnur Allahverdiyev də İranı Azərbaycana qarşı yeritdiyi siyasətə görə tənqid edib.
"Öz vətəndaşlarına qadın və uşaq demədən qan udduran diktator hökuməti Azərbaycandan nə istəyir? Nə üçün İran parlamenti üzvü Azərbaycana qarşı hədyanlar yağdırır? İran hərbiçiləri ordumuzun ZƏəgilan istiqamətində hərəkətinə mane olub. Söhbət müsəlman hesab etdiyi ölkənin din qardaşlarına olan mənfi münasibəti yolverilməzdir. Bizi qorxuda bilməzlər. Bu ölkədə yaşayan 30 milyon Azərbaycan türkü buna yol verə bilməz", - Allahverdiyev deyib.
Deputat Ramin Bayramov isə Fransanın Əlcəzairdə yol verdiyi soyqırım məsələsinə Azərbaycan parlamentində müzakirə etməyi təklif edib.
Millət vəkili Zahid Oruc da Fransa senatının Azərbaycana qarşı qətnaməsini tənqid edərək Total şirkətinin Azərbaycanda fəaliyyət gstərən neft konsorsiumda payının olduğunu yada salıb. nv
"Biz Fransa parlamentinə Şuşada yeni bəyanatlar qəbul etməklə cavab verməliyik", - Zahid Oruc bildirib.
Fransa Senatı çərşənbə
axşamı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Sənədə əsasən senat qondarma "Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib.
Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib.
Sənədin müəllifləri Fransa Konstitusiyasının 26 iyun 1945-ci ildə qəbul edilmiş 34-1 maddəsinə, BMT-nin 16 sentyabr 2005-ci il tarixli 60/1, 9 noyabr 2020-ci il tarixli bəyanatına istinad edirlər.
2020-ci ilin noyabrında Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər çıxmışdı

N.Təbrizli
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox