• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Azərbaycanda büdcə ili dəyişdirilə bilər

Azərbaycanda büdcə ili dəyişdirilə bilər
16.11.2022 12:27
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda büdcə ilinin başlanmasının yanvarın 1-dən aprelin 1-nə keçirilməsini təklif edib.

"Biz büdcə ilinin dəyişdirilməsini təklif edirik. Hazırda büdcə ili yanvarın 1-dən başlayır. Biz təklif edirik ki, aprelin 1-də başlayıb martın 31-də başa çatsın. Bu təcrübə dünyanın bir çox aparıcı ölkələrində tətbiq edilir”, - deyə Mirkişili çərşənbə günü parlamentdə Azərbaycanın 2023-cü il dövlət büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcə xərclərinin pik həddinin dördüncü rübə düşdüyü üçün büdcə ilində dəyişikliyin edilməsi bir sıra sənaye sahələrinin maliyyələşdirilməsi ilə bağlı problemlərin həllinə kömək edəcək.  

2023-cü il üçün makroiqtisadi mühitə toxunan Mirkişili qeyd edib ki, gələn ilin büdcəsi neftin orta qiymətinin 50 dollar/barel olması əsasında hazırlanıb.

"Gələn il üçün ÜDM artımı 2,7%, inflyasiya 6,9% səviyyəsində proqnozlaşdırılır", - o əlavə edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
İqtisadiyyat 14:11
Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
İqtisadiyyat 10:48
Yaxın zamanda bəzi müavinət və təqaüdlər artırıla bilər - Deputat
Azərbaycan nefti ucuzalaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro və rubl bahalaşıb - Məzənnə
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol