• $
  • £

MM Fransa senatının qətnaməsi ilə bağlı müzakirələrə başlayıb

MM Fransa senatının qətnaməsi ilə bağlı müzakirələrə başlayıb
16.11.2022 16:33
Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı qətnamə qəbul edib. 
 
------ 
Azərbaycan Milli Məclisi Fransa senatının Azərbaycana qarşı qəbul edilən tövsiyyə xarakterli qətnamə ilə bağlı müzakirələrə başlayıb. 
 
Müzakirələri açan Azərbaycan parlamentinin spikeri  Sahibə Qafarovanın sözlərinə görə, parlament bu qətnamə ilə bağlı Fransa senatına etirazını bildirməlidir. 
 
"Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini nümayiş etdirib. Xalqımıza nifrət yaxan bu qətnamə Ermənistanın iğalçı siyasətinə haqq verən akt kimi qiymətləndirilməlidir. Fransa  qanunvericiləri öz  milli  maraqlarına, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa hazırdılar. Biz Fransanı tarixə qovuşmuş münaqişəni yenidən alışdırmaq cəhdindən əl çəkməyə çağırırıq",  - Qafarova deyib. 
 
Milli Məclisin qərarının mətninin hazırlanması üçün millət vəkili Səməd Seyidovun rəhbərliyi ilə işçi qrup yaradılıb. İşçi qrupa millət vəkilləri
Asim Mollazadə, Arzu  Nağıyev, Sədaqət Vəliyeva, Zahid Oruc, Ramin Məmmədov daxil edilib. 
 
Fransa Senatı çərşənbə axşamı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
 
Sənədə əsasən senat qondarma "Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib.

Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib.

Sənədin müəllifləri Fransa Konstitusiyasının 26 iyun 1945-ci ildə qəbul edilmiş 34-1 maddəsinə, BMT-nin 16 sentyabr 2005-ci il tarixli 60/1, 9 noyabr 2020-ci il tarixli bəyanatına istinad edirlər.
 
2020-ci ilin noyabrında Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər çıxmışdı.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol