• $ 1.7
  • € 1.7815
  • ₽ 1.8932
  • ₺ 0.0467
  • £ 2.1577

Azərbaycan BTC ilə neft ixracını artırıb

Azərbaycan BTC ilə neft ixracını artırıb
16.11.2022 15:56
2022-ci ilin yanvar-oktyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən  neftin həcmi 24 milyon 428,1 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

2022-ci ilin yanvar-oktyabrında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 78,8 faizi BTC neft kəməri ilə vurulub.

2022-ci ilin yanvar-oktyabrında BTC ilə tranzit neftin vurulması 4 milyon 131,1 min ton (artım 46,8%) təşkil edib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin SOCAR nefti ixrac edilir.  BTC həmçinin Xəzər dənizi regionunun bir sıra digər ölkələrindən də neft nəql edir.

BTC neft kəmərinin uzunluğu 1768 min km-dir ki, bunun 443 km-i Azərbaycanda, 249 km-i Gürcüstanda, 1076 km-i Türkiyədən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq təşkil edir. .

Layihə iştirakçıları -  BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC (2,36%) şirkətləridir. 

2021-ci ildə BTC ilə vurulan neftin həcmi 26 milyon 421,5 min ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,9% azdır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol