• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Zabuxçay su anbarının tikintisinə dair müqavilələr imzalanıb

Zabuxçay su anbarının tikintisinə dair müqavilələr imzalanıb
18.11.2022 16:14
Bu gün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də Laçın rayonunda Zabuxçay su anbarı, eləcə də magistral boru kəmərinin layihələndirilməsi və tikintisinə dair Türkiyənin "Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın "Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb.

Bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.

Məlumata görə, mərasimdə qurumun sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.

Z.Mikayılov bildirib ki, layihə tarixi əhəmiyyət daşıyır. Onun icrasından sonra Qubadlı və Zəngilan rayonları ərazisindəki əkin sahələri su ilə təmin olunacaq, işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq, onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq.

Türkiyənin "Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim isə bildirib ki, layihə vaxtında və yüksək keyfiyyətlə təhvil veriləcək.

Həcmi 26,7 milyon kub metr olacaq Zabuxçay su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12 100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bir gündə 24 cinayət açılıb
Cəmiyyət 10:29
Azərbaycanda bir gündə 24 cinayət açılıb
ABŞ İranladanışıqlarahazırlaşır
Cəmiyyət 09:06
ABŞ İranladanışıqlarahazırlaşır
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
Cəmiyyət 23:41
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
54 yaşlı kişi hamamda yıxılıb öldü
Cəmiyyət 23:32
54 yaşlı kişi hamamda yıxılıb öldü
Gəncədə evdə partlayış olub
Cəmiyyət 23:00
Gəncədə evdə partlayış olub
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Cəmiyyət 22:30
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
Cəmiyyət 21:30
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Cəmiyyət 21:00
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Cəmiyyət 16:22
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol