• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

2022-ci ildə Azərbaycanda ÜDM rekord həddə çatacaq - Əliyev

2022-ci ildə Azərbaycanda ÜDM rekord həddə çatacaq - Əliyev
21.11.2022 17:18
Azərbaycanda ÜDM-in nominal həcmi 2022-ci ildə rekord həddə - 130 milyard manata (təxminən 76,5 milyard dollar) çatacaq. Bu barədə Prezident İlham Əliyev bildirib.

"Biz dərin iqtisadi islahatlar aparmışıq və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artıb. İlin sonuna olan proqnozda iqtisadiyyatın  130 milyard manat təşkil edəcəyi bildirilir. Bu, rekord göstəricidir”, -  Əliyev bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, ölkədə aparılan uğurlu maliyyə-iqtisadi siyasət xarici borcun əhəmiyyətli dərəcədə azaldılmasına imkan verib.
 
"Bu, həm bu gün, həm də gələcək nəsillər üçün böyük üstünlükdür. Bu gün ona görə ki, kredit reytinqimiz yaxşılaşır və gələcəkdə bu yük gələcək nəsillərin çiyninə düşməyəcək”, -  Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, aparılan islahatlar nəticəsində bu ilin sonuna kimi Azərbaycanın xarici borcunun ÜDM-də payı 10%-ə qədər azalacaq.

"Valyuta ehtiyatlarına gəlincə, onlar bizim xarici borcumuzdan 8 dəfə çoxdur. Yəni, bu göstəricilərlə yalnız  fəxr eləmək olar”, - deyə prezident vurğulayıb.

Eyni zamanda, Əliyev qeyd edib ki, iqtisadi sahədə hələ də bir sıra məsələləri həll etmək lazımdır.
 
"Bunlar iqtisadiyyatın şəffaflığının təmin edilməsi, xoşagəlməz hallarla mübarizə, kölgə iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə azalması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizədir”, - prezident bildirib.

Əliyev vurğulayıb ki, bu gün dövlət şirkətlərində müasir korporativ idarəetmə standartları tətbiq edilir.

"Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar yaxın gələcəkdə bizim üçün əlavə imkanlar yaradacaq. Qarabağı və Şərqi Zəngəzuru öz vəsaitimiz hesabına bərpa etmək və bütün məqsədlərimizə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat lazım olacaq”, -  dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, iqtisadi cəhətdən başqa ölkələrdən və ya beynəlxalq maliyyə qurumlarından asılı olan dövlətlər müstəqil siyasət yürütməkdə çətinlik çəkirlər.
 
"Biz həmişə siyasətimizdə yalnız xalqın iradəsini əks etdirməsini istəmişik. İstərdik ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir etsin və onun belə bir imkanı olmasın. Ona görə də iqtisadi güc, iqtisadi müstəqillik bütün digər sahələrdə fəaliyyətin əsasını təşkil edir”.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol