• $ 1.7
  • € 2.0132
  • ₽ 0.022246
  • ₺ 0.0389
  • £ 2.3042

Azərbaycanda bir neçə televiziyaya xəbərdarlıq edilib

Azərbaycanda bir neçə televiziyaya xəbərdarlıq edilib
21.11.2022 17:55
Audiovizual Şura "Space TV”, "MTV” və "ATV” televiziya redaksiyalarına (kanallarına) xəbərdarlıq edib.


Bu barədə  Şuradan məlumat verilib.


Bildirilib ki, Şuranın onlayn formatda iclası keçirilib və iclasda Şuraya daxil olmuş şikayətlər əsasında aparılmış monitorinqlərin nəticəsində "Space TV" və "MTV" redaksiyalarının (kanallarının) efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.


"Space TV" redaksiyasının (kanalının) efirində 12.10.2022-ci il və 13.10.2022-ci il tarixlərdə saat 12.00 – 14.45 arası yayımlanan "Gəl danış" və "MTV" redaksiyasının (kanalının) efirində 18.10.2022-ci il və 19.10.2022-ci il tarixlərdə saat 13.00 – 15.00 arası yayımlanan "Ümid ilə gəl" proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs tərəfindən həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədilib.


Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.


İclasda, həmçinin, "ATV" redaksiyasının (kanalının) efirində 17.11.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikası Qanununun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub.


Belə ki, saat 12.00 – 13.50 arası yayımlanan "Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunmuşdur ki, bu "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə ziddir.


Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş vermişdir. Lakin televiziya redaksiyalarının aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanuna zidd olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməmiş və açıq efir ilə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratmış olublar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.


Aparılan müzakirələrdən sonra Audiovizual Şura qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçıları olan "Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin "Space TV” redaksiyasına və "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasına, habelə peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasına xəbərdarlıq edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım
Siyasət 23:46
Prezidentdən Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım
Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - Video
Siyasət 23:23
Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - Video
Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır - Prezidentin köməkçisi
Siyasət 22:42
Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır - Prezidentin köməkçisi
İlham Əliyevin Trampla səmimi söhbəti - Video
Siyasət 20:28
İlham Əliyevin Trampla səmimi söhbəti - Video
Vens Azərbaycan və Ermənistana təşəkkür edib
Siyasət 20:17
Vens Azərbaycan və Ermənistana təşəkkür edib
İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə görüşüb
Siyasət 19:00
İlham Əliyev Vaşinqtonda bir sıra dövlətlərin liderləri və rəsmi şəxslərlə görüşüb
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
Siyasət 18:11
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
Prezident ABŞ-də səfərdədir
Siyasət 20:59
Prezident ABŞ-də səfərdədir
Prezident sərəncam imzalayıb
Siyasət 17:43
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol